İrəvan Dövlət Azərbaycan Dram Teatrı da mövcud vəziyyətlə əlaqədar olaraq məşqlərini müxtəlif videoformatlar vasitəsilə davam etdirir.

Repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verən yaradıcı heyət karantin bitdikdən sonra 3 yeni tamaşasını teatrsevərlərin ixtiyarına vermək niyyətindədir. Teatrın truppası ilk olaraq Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcəklər.

Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyev quruluş verir. Bundan başqa, Nicat Mirzəzadənin quruluşunda Qoşqar Narqabilin “Rəis və beş dul qadın” və  Elvin Mirzəyevin rejissorluğu ilə  Vilyam Şekspirin “Kral Lir” tamaşaları səhnəyə çıxmalıdır. Hər üç əsərin onlayn məşqi “Zoom” proqramı vasitəsilə davam etdirilir.