Lerik rayonu Daster kənd kitabxanası məktəb şagirdlərinin iştirakı ilə Qarabağ müharibəsində, Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşlərdə canını qurban verən Lerikin şəhid övladlarına həsr olunmuş “Əbədiyyət ulduzları” adlı videokonfrans formatında görüş təşkil edib. 

Kitabxananın direktoru Əminağa Əliyev  şəhidlərin Vətən qarşında göstərdiyi misilsiz  xidmətlər haqqında şagirdlərə məlumat verib. Bildirib ki, torpaq uğrunda şəhid  olanlar  heç vaxt unudulmur, olanlar  əbədiyyət ulduzuna dönüb ürəklərdə yaşayırlar.

Şagirdlər mövzu ətrafında müzakirəyə həvəslə qoşulublar, şəhidlərlə bağlı şeir parçaları söyləyiblər.

Zəfər ORUCOĞLU
Lerik