Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” (5 sual–5 cavab) adlı yeni virtual layihəsi davam edir.

Layihənin növbəti proqramı iyulun 29-da təqdim edilib. Layihə sənətsevərlərə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə 5 suala cavab verib, hədiyyə qazanmaq imkanı yaradır.

Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının “İnstagram” (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub iştirak etmək mümkündür.

Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “Whatsapp” nömrəsi ilə də əlaqə saxlaya bilərlər.