Gec-tez, əvvəl-axır daşa çevrilmək hər kəsin qismətində var. Amma belə erkən yox!

Tez idi, çox tez...

Hələ o özü daş üzərində naxışlar açmağı, həyatın anlarını daşlara həkk etməyi, daşların “daş yaddaşında” iz qoymağa çalışırdı...

Gənc heykəltəraş qəlbinin çırpıntılarından xəbər verən və beynəlxalq müsabiqələrdə qalib gələn “Arzuların rəngarəngliyi”, “Casusların öpüşü”, “Pişiyin doqquz canı” əsərləri... Bu əsərlərdən biri Yekaterinburqda gənclər arasında keçirilən virtual sərgidə birincilik qazanmışdı, biri Ç.Darvin adına Moskva Dövlət Muzeyində gerçəkləşən beynəlxalq müsabiqədə, biri də “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsində diploma layiq görülmüşdü. Üç il əvvəl Bakı Beynəlxalq Dəniz Limanının elan etdiyi heykəltəraşlıq müsabiqəsinin qalibi olmuşdu. 2018-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda II Gənclər sərgisinin diplomuna, keçən il Berlin divarının sökülməsinin 30 illiyi münasibətilə keçirilən müsabiqədə sertifikata layiq görülmüşdü.

Heykəltəraş olmağı çoxistəyirdi. Çox, lap çox...

Misqal-misqal, addım-addım özününənböyükarzusunadoğruyolgedirdi. İlkdəfə fırçanı əlinə götürəndə Azadın 4-5 yaşı vardı. Rənglərinsehrlidünyası, fırçanınağappaqkətan üzərində açdığı naxışlaronu özünə məftunetmişdi. Əvvəl İncəsənətKollecinibitirdi, sonraDövlətRəssamlıqAkademiyasınınheykəltəraşlıqfakültəsinə qəbuloldu. Builakademiyanı bitiribarzusundaolduğupeşəyə yiyələndiyibarədə diplomaldı.

Azadı irəlidə çoxlusərgilər, festivallargözləyirdi. Gəncheykəltəraş-rəssamınsənətdəkiilkaddımları onungələcəyihaqqında çoxböyük ümidlərverirdi. Bunuonutanıyanhərkəs – Azadadərsdeyənmüəllimlər, tanınmış heykəltəraş-rəssamlarhamısı etirafedirdi.

Çoxludəvətlərivaridi – beynəlxalqincəsənətsərgilərində, festivallardaonunəlişlərininyolunugözləyirdilər. AzadAslanovunistedadlı barmaqlarındanhələ çoxlusənətmöcüzələrisüzüləcəkdi...

24 yaş!...

Hələ hər şeyindibaşlayırdı, hələ həyatqapıları indi-indionun üzünə açılırdı... Hələ qəlbindəkitumurcuq-tumurcuqarzularindi-indiqönçə tuturdu...

Hər şeyinbaşlanğıcı, ömrüntumurcuqvədəsi... Bu, necə ola bilər axı?

Neçə illər idi ki, amansız epilepsiya xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə əməliyyat da olunmuşdu. Həkimlər hər şeyin yaxşılığa doğru getdiyini deyirdilər...

Bir evin işığı, bir ailənin ümid çiçəyi, bir ananın sevinci, bir atanın and yeri, bir nəslin söykənəcəyi, bir əminin iftixarı, bir dayının qüruru, bir babanın fərəhi...

Adamı ən çox ağrıdan, göynədən də odu ki, bütün varlığı, canı-qanı ilə bağlı olduğu bir sənətə yiyələnəndən sonra elə ilk addımda, başlanğıcda da hər şeyə nöqtə qoyub dayanasan.

Ürkək baxışlarla yolunu gözləyən bir qızın göz yaşları… Toy sədası həsrətində olan bir həyətdə çalınmayan “Vağzalı”...

Dünyanın faniliyinə, həyatın vəfasızlığına necə yanıb-yaxılmayasan?

Evdəki kiçik emalatxanada hazırladığı eskizlər, yarımçıq heykəllər, onun əllərinin izlərini yaşadan neçə-neçə yaradıcılıq məhsulları sahibsiz qalıb. Kim bilir, o, bunların üzərində hansı arzu, hansı istəklə işləyirdi?

Öz tişəsi ilə dünyanın gözəlliklərini daşa çevirmək arzusu ilə yaşayan heykəltəraş-rəssam özü necə heykələ, daşa çevrilə bilər?

Azadın heykəltəraşlığa o qədər böyük sevgisi, o qədər böyük həvəsi var idi ki, elə bil bu həvəsin, istəyin çoxluğu onun özünü də heykələ çevirdi. Heç vaxt unudulmayacaq, heç vaxt yaddaşlardan, xatirələrdən silinməyəcək və həmişə ürəklərdə yaşayan əbədiyyət heykəlinə.

Xatirələr həmişə isti, kövrək və əzizdir. Həm də sızıltılı və göynərtili...

Süleyman QARADAĞLI