Lissabonda yerləşən Portuqaliya Kino Təşkilatı (Cinemateca Portuguesa) növbəti iki il ərzində kino sahəsində “CinEd” adlı Avropa maarifləndirici layihəsinə rəhbərlik edəcək.

Layihə Avropa İttifaqının mədəniyyət, kreativ və audiovizual sektorların dəstəyinə istiqamətlənən “Kreativ Avropa” (Creative Europe) proqramı tərəfindən maliyyələşdiriləcək.

“CinEd” 2015-ci ildə yaradılıb və hazırkı dövrədək Fransa İnstitutu tərəfindən koordinasiya edilib. Proqramın əsas məqsədi Avropa kinosunun tanınmasında uşaq və gənclərə yardımçı olmaqdır.

“CinEd”in fəaliyyət dairəsinə məktəblərlə, müəllimlərlə və bu konsorsiumun üzvü olan 8 ölkə – Portuqaliya, İspaniya, İtaliya, Bolqarıstan, Fransa, Çexiya, Xorvatiya və Almaniya ilə kino yaradıcılığı məsələləri üzrə əməkdaşlıq məsələləri daxildir.

“CinEd”in mövcud olduğu beş il ərzində 62 mindən çox tələbə üçün təqribən 1400 kino nümayiş etdirilib, müəllimlər üçün 230-dan çox təlim keçirilib.

SƏBİNƏ