Donuz qripinin Azərbaycana turist axınına hələlik heç bir təsiri yoxdur. Bu barədə jurnalistlərə açıqlamasında məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyinə görə, bu virisun sərhədlərimizi aşmamısı üçün dövlət və Səhiyyə Nazirliyi tərəfindən ciddi tədbirlər görülür. Nazir bildirib ki, H1N1 virusu ən çox Meksikada tüğyan edir. Avropa ölkələrinin sərhədlərinin yenicə aşan bu xəstəlik hələ ki turistlərin sayında ciddi bir dəyişikliyin baş verməsinə səbəb olmayıb. Nazir onu da deyib ki, bu xəstəliyin Azərbaycana keçə biləcəyi ehtimalı artsa, hökumət tərəfindən daha ciddi tədbirlər həyata keçiriləcək.