2009-2010-cu tədris ilində Azərbaycan Turizm İnstitutunda ikinci ixtisas üzrə ali təhsil almaq istəyənlər arasında müsabiqə keçirilib. İnstitutun rektoru Cəfər Cəfərovun qəzetimizə verdiyi xəbərə görə, rəhbərlik etdiyi institut ölkədə turizm sənayesinin inkişafı və təkmilləşdirilməsi sahəsində ixtisaslı kadr hazırlayan ilk ali təhsil ocağıdır. 2010-cu ildə onlarla gənc institutun bakalavr pilləsində təhsillərini başa vurub, ixtisaslı mütəxəssis kimi fəaliyyətə başlayacaq.
   Rektor onu da bildirib ki, bu tədris ilindən Azərbaycanda ilk dəfə kredit sistemi ilə qiyabi şöbədə ikinci təhsil - “Turizm və hotelçilik” ixtisası üzrə tələbə qəbulu başa çatıb. Müsabiqə yolu ilə 6 nəfər ikinci ixtisas üzrə ATİ-yə qəbul olunub. 

 Fəxriyyə