Tarixçi-araşdırmaçı Nazim Tapdıqoğlunun yeni çapdan çıxmış “Zəngilan ensiklopediyası” kitabında rayonun tarixi, coğrafiyası, arxeologiyası, toponomiyası, tarixi-mədəniyyət abidələri, yaşayış məntəqələri və Qarabağ müharibəsindəki şəhidləri haqqında qısa və dolğun məlumatlar əksini tapıb.

Kitabda Zəngilan rayonunun yaşayış məntəqələrinin adları haqqında bilgilər, onların mənşəyi, mənası, dil mənsubiyyəti barədə qısa izahlı şərhlərin hər biri toponomik məqalələr şəklində verilib.

Zəngilanın toponimləri ilk dəfədir ki, bu cür sistemli şəkildə tədqiq olunur. Kitabın ayrı-ayrı fəsillərində rayonun görkəmli ziyalıları və tanınmış şəxsiyyətləri, əmək qəhrəmanları, eləcə də Qarabağ müharibəsində verdiyi şəhidləri haqqında məlumatlara da geniş yer ayrılıb.