Bolqarıstandakı Angel Kançev adına Ruse Universitetinin nəşriyyatında azərbaycanlı tədqiqatçı, tarix elmləri namizədi, dosent Bahadur Bilalovun “Heydər Əliyevin Azərbaycan turizminin inkişafında rolu” adlı monoqrafiyası nəşr olunub. İngilis dilində çapdan çıxan monoqrafiya beş fəsildən ibarətdir. Burada turizmin iqtisadi səmərəsi, ulu öndərin ölkəmizdə turizmin inkişafı üçün həyata keçirdiyi tədbirlər faktlarla işıqlandırılıb.
   Monoqrafiya professor Cabir Məmmədovun və dosent Zlatojivka Zdravkovanın rəyləri, dosent İsmət Əhmədovun redaktorluğu ilə çap edilib.
   Qeyd edək ki, monoqrafiyanın müəllifi Bahadur Bilalov Azərbaycan Turizm İnstitutunun “Turizm biznesinin təşkili və texnologiyası” kafedrasının müdiridir. O, bu ilin aprelindən sentyabra kimi ERASMUS-MUNDUS proqramı çərçivəsində Angel Kançev adına Ruse Universitetində tədqiqatçı kimi çalışıb.
   
   Fəxriyyə ABDULLAYEVA