Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi yazıçı, jurnalist, tərcüməçi, ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin (1891-1962) 130 illik yubileyi münasibətilə metodik vəsait hazırlayıb.

İki hissədən ibarət vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-lərin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub. Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən birinci hissə “Qürbətdə bitən ömür – sönməyən azadlıq eşqi” adlanır. İkinci hissə isə “Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi Ceyhun Hacıbəyli” adlanıdırlıb.

İstifadəçilər vəsaitin ikinci hissəsində yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlər haqqında məlumat alacaqlar.

Qeyd edək ki, vəsaitdə görkəmli şəxsiyyətlərin Ceyhun Hacıbəyli haqqında fikirləri, onun haqqında yazılmış kitabların sərgisinin sxemi də verilib.

Oxucular http://clb.az/elmi-metodika_k74.html linki vasitəsilə vəsaitdən yararlana bilərlər.