Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Qayıdış” adlı qısametrajlı film üzərində işi tamamlamaq üzrədir.

Bu barədə Gəncə Dövlət Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, layihənin bədii rəhbəri Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissorları Elşad Əhmədov və Yusif  Cəfərov, quruluşçu operatoru Sübhan İbrahimlidir. 

Filmdə Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Elxan Yunis, Sevda Orucova, Kəmalə Məmmədova, Novruz Cəfərov, Salamulla İsmayılov, Ramiz Vəliyev, aktrisalar Zəminə Cəfərova, Sevinc Hüseynova, Nailə Əhmədova və başqaları çəkilib.

16 dəqiqəlik filmin fevral ayının 24-dən sonra təqdim edilməsi  nəzərdə tutulur.