Rusiyanın Sankt-Peterburq şəhərindəki Mariinski Teatrının səhnəsində Cakomo Puççininin “Toska” operası nümayiş olunub.

Fevralın 4-də təqdim olunan tamaşada dünya şöhrətli vokalçılar – Rusiyanın Xalq artisti Anna Netrebko (Toska), Azərbaycanın Xalq artisti Yusif Eyvazov (Kavaradossi) və İtaliyanın Milan şəhərindəki məşhur “La Scala” Akademiyasının akademik vokal ixtisası üzrə məzunu, Prezident təqaüdçüsü və mükafatçısı Məhərrəm Hüseynov (Ancelotti) çıxış ediblər.

Tamaşanın musiqi rəhbəri və baş dirijoru Rusiyanın Xalq artisti Valeri Gergiyevdir.