Müdafiə Nazirliyinin saytında 2020-ci il Vətən müharibəsində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının yenilənmiş siyahısı təqdim edilib.

Siyahıda 2021-ci il martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı bu linkdə:

https://mod.gov.az//images/pdf/0c337e5d5d01e5aae1ec5c5cd052ea54.pdf