Bu ilin birinci rübündə Türkiyəyə gələn turistlərin statistikası açıqlanıb.
   2009-cu ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə Türkiyəyə gələn turistlərin sayı 7 faiz artaraq 2 milyon 130 min nəfərə çatıb. Bu ilin mart ayında isə keçən ilin mart ayı ilə müqayisədə turistlərin sayında 10,3 faiz artım müşahidə olunub. Mart ayında Türkiyəni 786 min turist ziyarət edib.
   Ölkələr üzrə statistika da açıqlanıb. Türkiyəyə bu ilin birinci rübündə ən çox ziyarətçi Almaniyadan (16,5%) gəlib. Almaniyanı İran (13,9%), Bolqarıstan (7,9%) izləyir. Növbəti sıralarda Gürcüstan, Suriya, Rusiya, Azərbaycan, Yunanıstan, İngiltərə və Fransa yer alıb.