Acarıstan turizm departamentinin baş mükafatını Batumidə dincələn Süleymanovlar ailəsi əldə edib. Bakıdan Batumiyə dincəlməyə gələn Süleymanovlar ailəsi bu il 500 mininci turist adı müəyyənləşdirilərkən mükafata layiq görülüb. Bu mükafata xaricdən gələn bir neçə ailə də sahib çıxmaq istəyib. Lakin yekunda lototron Süleymanovlar ailəsini seçib. Bu ailə gələn il Batuminin məşhur “Şeraton” mehmanxanasında istirahət etmək üçün baş mükafat putyovkasını əldə edib.