2010-cu ilin əvvəlindən Gəncə şəhərinə 700-dən çox xarici turist gəlib. Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin aparıcı mütəxəssisi Asif Məmmədovun verdiyi məlumata görə, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 500 nəfər çoxdur.
   İdarənin təmsilçisi onu da qeyd edib ki, hazırda Gəncə şəhərində turistlərə 7 mehmanxana xidmət göstərir. Bu mehmanxanaların biri beşulduzlu, üçü dördulduzlu, biri isə üçulduzludur.