Bu il Türkiyənin Antalya bölgəsində turizm mövsümü noyabr ayının sonunadək uzadılıb. Türkiyə mətbuatının yazdığına görə, ötən il Antalyada turizm mövsümü oktyabr ayında bağlı elan olunduğu halda, bu il hotellərdə turistlərin sayı çox olduğundan bu qərara gəlib.
   Hazırda Antalyada mehmanxanalar təxminən 90%-dən artıq turistlərlə doludur. Payız mövsümündə Antalyaya gələn turistlər əsasən Almaniya və Mərkəzi Avropa ölkələrindəndir. Qeyd edək ki, bu ilin yayında fəaliyyət göstərən və mövsümi xarakter daşıyan Bakı-Antalya-Bakı birbaşa sərnişin aviareysi sentyabr ayında bağlanıb.