Maliyyə xəbərləri və analizləri dərc edən “Daily Finance” internet saytı Dünya Bankı və UNESCO-nun məlumatlarına əsaslanaraq dünyanın 10 ən zəngin ölkəsinin siyahısını tərtib edib. Adambaşına düşən milli gəlirlə bərabər, oxuma və yazma nisbəti, işsizlik və təhsilə xərclənən vəsaitin miqdarının nəzərə alındığı hesabatda zənginlik baxımından ilk sırada Lüksemburqdur.
   Hesabata görə, dünyanın ən zəngin 10 ölkəsi aşağıdakılardır: 1) Lüksemburq, 2) Norveç, 3) Küveyt, 4) Makao bölgəsi (Çin), 5) Bruney, 6) Sinqapur, 7) ABŞ, 8) Honq-Konq (Çinin xüsusi statusa malik bölgəsi), 9) İsveçrə, 10) Hollandiya.

   Fəxriyyə Abdullayeva