Noyabrın 28-30-da Tehranda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 7-ci iclası keçirilib. Üç gün davam edən iclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iclasda iştirak edib.