Noyabrın 26-da Ankarada “Rem Fuar & Organizasyon” şirkətinin təşkilatçılığı ilə Atatürk Mədəniyyət Mərkəzində açılmış «5-ci Beynəlxalq, ölkələrin əl sənətləri və hədiyyəlik əşyaları» sərgisində Azərbaycan da daxil olmaqla 35 ölkədən 160 şirkət təmsil olunur.
   Əl işləri və hədiyyə əşyalarının nümayiş etdirildiyi tədbirin məqsədi sərgi vasitəsilə müxtəlif ölkələrin mədəniyyətlərinin qovuşmasına nail olmaqdır.
   Sərgidə Orta Asiya geyim və yeməkləri, İpək Yolu ölkələrinin parçaları, əl sənətləri və antik məhsulları, İranın ipək xalçaları, Afrika ölkələrinin, Uzaq Şərqin əl sənəti nümunələri nümayiş olunur. Sərgi dekabrın 5-dək davam edəcək.
   
   Fəxriyyə Abdullayeva