Yanvarın 19-dan 23-dək Türkiyənin Antalya şəhərində 22-ci Antalya Beynəlxalq mehmanxana üçün ləvazimatlar və hotel dekorasiyası sərgisi keçiriləcək. Sərgidə Azərbaycan da təmsil olunacaq. Məqsəd sərgi vasitəsilə Türkiyənin mühüm turizm sektoru mərkəzlərindən biri olan Antalya şəhərini daha da tanıtmaq, dünyanın müxtəlif ölkələrindən bura turistlər cəlb etməkdir.
   İordaniya, Birləşmiş Ərəb Əmrlikləri, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya və Azərbaycanın təmsil olunacağı sərgidə mehmanxanalar haqqında məlumat veriləcək, turizm haqqında bələdçi-kitabçalar, hotel ləvazimatları və hotel dekorasiya məhsulları nümayiş etdiriləcək. Sərgi çərçivəsində müxtəlif müsabiqələr də təşkil olunacaq.