Onlardan biri də Bakıda inşa olunan “Hilton Bakı” hotelidir
   
   “2011-ci ildə Azərbaycanda “Hilton Worldwide” hotellər şəbəkəsinə daxil olan yeni mehmanxana istifadəyə veriləcək”. Bu sözləri Türkiyənin Konya şəhərində jurnalistlərə müsahibəsində ABŞ-ın “Hilton Worldwide” Şirkətlər Qrupunun vitse-prezidenti Didier Martin deyib. Didier Martin bu il Türkiyə, Rusiya, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, Xorvatiya və Azərbaycanda inşası davam edən yeni mehmanxanaların istifadəyə veriləcəyini bildirib. Bütün bu ölkələrin turistlər üçün maraq doğuran yerlər olduğunu vurğulayan Didier Martin dünyanın 82 ölkəsində “Hilton Worldwide” hotellər şəbəkəsinə daxil olan 3 min 600-dən çox mehmanxananın olduğunu bildirib.
   Şirkətin vitse-prezidenti, ümumiyyətlə, Avropada 2013-cü ilədək daha 80 mehmanxananın tikintisinin başa çatacağını və fəaliyyətə başlayacağını qeyd edib.
   Bakıda tikintisi “İSR Capital İnvestments” şirkəti tərəfindən aparılan beşulduzlu “Hilton Bakı” mehmanxanasının 2011-ci ilin sonunda istifadəyə verilməsi gözlənilir.

  Fəxriyyə Abdullayeva