Ölkəmizin turizm potensialının bütün dünyada təbliğini nəzərdə tutan “Azərbaycanı kəşf edək: bələdçi kitabları” layihəsi çərçivəsində işlər davam etdirilir.
   Artıq layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə bir sıra ölkələrin müvafiq nəşriyyatları arasında imzalanmış müqavilələrə əsasən ingilis və fransız dillərində işıq üzü görmüş bələdçi kataloqlarının təqdimat mərasimləri keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, hazırda layihə çərçivəsində nazirliklə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq nəşriyyatı arasında imzalanmış müqaviləyə əsasən, işlər davam etdirilməkdədir. Ərəb dilində bələdçi kitablarının cari ilin aprelində işıq üzü görməsi nəzərdə tutulur. 
 

  Fəxriyyə Abdullayeva