Martın 3-dən 5-dək Antalya şəhərində keçiriləcək III Səhiyyə turizmi sərgisində Azərbaycanın stendi açılacaq. Bununla bağlı jurnalistlərə məlumat verən təşkilatçı «Anfaş turizm» şirkəti İdarə Heyətinin sədri Mustafa Çalık bildirib ki, üçüncü dəfə keçirilən sərginin budəfəki fəxri qonağı Azərbaycan olacaq. Onun sözlərinə görə, sərginin açılış mərasimində Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev də iştirak edəcək.
   Türkiyədəki səhiyyə turizmi şirkətləri Azərbaycan və digər türkdilli ölkələrlə bu sahədə daha fəal əməkdaşlıq etmək niyyətindədirlər. Bu məqsədlə sərgi çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Sərgidə Türkiyənin termal turizm firmaları, müxtəlif xəstəliklərin müalicəsini həyata keçirən sanatoriyaların təqdimatı da olacaq.

   Fəxriyyə Abdullayeva