Martın 12-15-də Moskvanın “Krokus Ekspo” sərgi kompleksində açılmış illik beynəlxalq “İnturmarket” turizm sərgisi keçirilib. Ölkəmizi bu sərgidə Bakı İnformasiya-Turizm Mərkəzi təmsil edib. Bakı Turizm-İnformasiya Mərkəzinin turizm üzrə mütəxəssisi Bəxtiyar Qılıncovun verdiyi məlumata görə, sərgidə dünyanın 135 ölkəsinin turizm imkanları təqdim olunub. Sərgi pavilyonlarının birində təşkil edilən “Azərbaycan” stendində ziyarətçilərə respublikamızın mehmanxanaları və ekskursiya proqramları barədə geniş məlumat verilib.
   Qeyd edək ki, bu il “İnturmarket-2011” sərgisinin tərəfdaş ölkəsi qismində Türkiyə çıxış edib. Sərgi müddətində turizm sahəsinin nümayəndələrinin iştirakı ilə seminarlar, konfranslar, habelə işgüzar görüşlər keçirilib.

Fəxriyyə Abdullayeva