“Corriere della Sera” (İspaniya) qəzetində dərc edilmiş məqalədə bildiriir ki, 2025-ci ildən sonra planetin əhalisinin dörddə bir hissəsi, yəni iki milyard nəfər dünyanın 600 ən böyük şəhərində cəmləşəcək. Qəzet yazır: “15 il sonra dünya üzrə bütün sərvətlərin 60 faizi 600 şəhərdə istehsal ediləcək. Bu şəhərlərdə 735 milyon ailə yaşayacaq, həmin sakinlərin adambaşına orta gəliri isə ildə 32 min dollar təşkil edəcək”. Bu məlumatlar “McKinsey Global Institute” tərəfindən aparılmış yeni tədqiqatın nəticələrində əks olunub.
   Tədqiqata əsasən, planetin ən zəngin şəhəri Nyu-York olacaq, onun ardınca Tokio, Şanxay, London və Pekin gəlir. 2025-ci ildə “600-lük”də olması gözlənilən şəhərlərdən 136-sı inkişaf etməkdə olan ölkələri təmsil edən yeni şəhərlərdir. Buraya Çinin 100 şəhəri, Hindistanın 13 şəhəri, Latın Amerikasının 8 şəhəri daxil olacaq. 2025-ci ilə qədər həmin 600 şəhərdə ÜDM-in həcmi iki dəfə artaraq 64 min milyard təşkil edəcək. Dünya üzrə istehsal ediləcək sərvətin 35 faizi bu siyahıdakı ilk 100 şəhərin payına düşəcək. Əhalinin sayına görə təsnifatda birinci yeri Tokio, sonrakı yerləri Mumbay, Şanxay, Pekin və Dehli tutacaq.