Ölkəmizin turizm imkanlarını təbliğ edən yeni nəşr
   
   Azərbaycanda turizm sahəsi inkişaf etdikcə ölkədə bu sahəni əks etdirən nəşrlərin sayı da çoxalır. Bu yaxınlarda ikinci sayı işıq üzü görən “Travel across Azerbaijan” (“Puteşestvie po Azerbaydjanu”) adlı jurnal da onlardan biridir. Jurnalda ölkəmizin regionlarında yerləşən tarixi abidələr, turizm məkanları, müxtəlif rayonların özünəməxsus mətbəx nümunələri haqqında geniş məlumatlar yer alıb. Nəşrin təsisçisi Azərbaycanda fəaliyyət göstərən «Big Azeri-tour» turizm şirkətidir.
   «Travel across Azerbaijan» jurnalının bu sayında oxucular Azərbaycanın Şəki rayonunda atçılıq turizminin inkişaf perspektivləri, rayondakı unikal əhəmiyyətli arxeologiya muzeyi, Lerik rayonunun, Qubanın məşhur Xınalıq kəndinin turizm potensialı ilə tanış ola biləcəklər. Jurnalda məşhur Beşbarmaq piri, ziyarətgah ətrafında formalaşan inanclar və insanlar tərəfindən yerinə yetirilən rituallar haqqında da məlumatlar əksini tapıb.

   Fəxriyyə Abdullayeva