Azərbaycan Turizm İnstitutunda mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə elmi-praktik konfrans keçiriləcək. Konfransın gündəliyinə “Kulturologiya probleminə müxtəlif yanaşmalar”, “Azərbaycan mədəniyyətində müstəsna yeri olan Yusif Ziyanın kulturoloji görüşləri”, “Əhməd Ağaoğlunun “3 mədəniyyət” əsəri” mövzusunda məruzələr daxildir. Elmi-praktik konfransa Mədəniyyətşünaslıq üzrə elmi-metodik mərkəzin, Abdulla Şaiqin mənzil-muzeyinin, eyni zamanda Badamdar mədəniyyət evinin rəhbərliyi və əməkdaşları, KİV nümayəndələri dəvətlidir.