Mayın 7-də Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib.
   Konfransı giriş sözü ilə ATİ-nin İctimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi, dosent İbrahim Əliyev açıb. ATİ-nin dekanı Nəsir Nəsirli “Kulturologiya probleminə müxtəlif yanaşmalar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədova “Azərbaycan mədəniyyətində müstəsna yeri olan Yusif Ziyanın kulturoloji görüşləri”, sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva “Geyim mədəniyyətinin kulturoloji təhlili” və İdris Heydərov Əhməd Ağaoğlunun “Üç mədəniyyət” əsəri mövzusunda məruzə ilə çıxış ediblər.

    Fəxriyyə Abdullayeva