Azərbaycan Turizm Assosiasiyası regionlarda turizmin inkişafını sürətləndirmək və mövcud problemləri vaxtında aşkar edib tədbir görmək məqsədilə ölkəmizin bir neçə regionunda özünün nümayəndəliklərini açmağı planlaşdırır. AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, bu plan ilkin dövrdə ölkəmizin şimal-şərq zonasında - Xaçmazda Nabran ərazisində, şimal-qərb zonasında - Qəbələ və Gəncə şəhərlərində, cənub zonasında isə Lənkəran şəhərində reallaşdırılacaq: «Bununla regionlarda fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin işini bir mərkəzdən koordinasiya etmək niyyətindəyik. Hotel rəhbərləri tərəfindən bəzən düzgün siyasət aparılmır. Bunun nəticəsində də qiymət bahalığı yaranır. Turizm obyektinin sahibi marketinq işini düzgün qurmağı bacarmalıdır. Sahibkar bilməlidir ki, insanları öz obyektinə cəlb etmək üçün hansı marketinq siyasətini aparmalıdır».

Fəxriyyə