Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə II milli turizm mükafatı müsabiqəsi keçirilir. Mərkəzdən verilən xəbərə görə, müsabiqənin təşkilində məqsəd turizm sənayesinin davamlı inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, müxtəlif turizm növlərinin stimullaşdırılmasına nail olmaq, eləcə də kütləvi informasiya vasitələrinin turizm mövzusu ilə bağlı yaradıcılıq potensialını gücləndirməkdır. İştirak üçün sənəd qəbulu iyunun 1-də başlanıb.
   Müsabiqədə idarə və təşkilatlar, turizm və mehmanxana biznesinin nümayəndələri, turizm sahəsində kadr hazırlığı ilə məşğul olan müəssisələr, ayrı-ayrı jurnalistlər və KİV-lər iştirak edə bilərlər. Müsabiqə xarici və daxili turizm sahəsində ən yaxşı turoperator, ən yaxşı 5, 4, 3 ulduzlu hotel, ən yaxşı ixtisaslaşdırılmış KİV, nəşriyyat evi, turizm sahəsində ən yaxşı internet portal, ən yaxşı turist kompleksi daxil olmaqla, ümumilikdə 13 nominasiya üzrə keçirilir. Müsabiqə qaliblərinin təltif edilməsi 27 sentyabr - Dünya turizm günündə keçiriləcək.
   
   Ceyhun