Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Bakıdakı Rus evində “Müharibənin simaları. Stalinqrad döyüşü” adlı fotosərgi açılıb. İkinci Dünya müharibəsinin ən şiddətli mərhələsi olan Stalinqrad döyüşünün (1943)  79-cu ildönümünə həsr olunan fotosərgi Rusiyanın “Образы войны” portalından fotomateriallar əsasında hazırlanıb.

Tədbirdə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Rusiyanın Bakıdakı səfirliyinin müşaviri İqor Yeronin çıxış ediblər.

Rusiya Dövlət Dumasının deputatı Aleksey Volotskov və “Stalinqrad döyüşü” muzey-qoruğunun direktoru Aleksey Dementyevin videomüraciətləri təqdim olunub. Çıxışlarda 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbəyə Azərbaycanın verdiyi misilsiz töhfə də vurğulanıb.

Tədbirin sonunda vokalçı, bəstəkar Qasım Xəlilov çıxış edib.