Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Leyla Əlihümbətovanın “Sehrli palitra” adlı rəsm sərgisi təşkil olunub.

Baş idarədən bildirilib ki, sərgi Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xeyriyyə məqsədilə təşkil olunub. Rəsmlərin satışından əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 50-dən çox əl işi yer alıb.