Türkiyənin TRT kanalında Azərbaycan haqqında veriliş nümayiş olunub.
   Verilişdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsrlik tarixində mühüm yer tutduğu qeyd edilir. Verilişdə Bakının və Gəncə şəhərlərinin tarixi abidələrindən, gözoxşayan müasir mənzərələrindən, gözəlliklərindən bəhs olunur. XV əsr memarlıq sənətinin nadir nümunələrindən olan Şirvanşahlar sarayı, Qız qalası ilə bahəm müasir mədəniyyət ocaqlarımız, teatr və konsert salonlarımız barədə də ətraflı məlumat verilir. Həm Bakının, həm də Gəncənin müasir görkəmindən geniş söhbət açılan verilişdə Azərbaycanın dünya şöhrətli sənətkarları Nizami və Füzulinin ölkəmizin hər yerində xatirəsinin əbədiləşdiyi bildirilir. 
 

  Fəxriyyə Abdullayeva