Avqustun 26-da “Eko-Aləm” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili” layihəsi çərçivəsində Xaçmaz şəhərində ekoloji-maarifləndirici dərs keçirəcək.
   “Vətəndaş cəmiyyəti nədir, məqsəd və fəaliyyəti” mövzusunda təşkil olunacaq tədbirdə müasir dünyada ətraf mühitin vəziyyəti barədə məlumatlar veriləcək. Dərs zamanı həmçinin istirahətə gələn əhali qrupları ilə işləyərkən ekoloji maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi üçün ekoloji oyunların tətbiqi müzakirə ediləcək.
   Layihənin məqsədi ətraf mühitin qorunması sahəsində əhali arasında ekoloji mədəniyyətin yüksəldilməsi, meşələri çirklənmədən və yanğınlardan qorumaq üçün maarifləndirici tədbirlər həyata keçirməkdir. Layihə çərçivəsində “Meşədə davranış qaydaları” plakatı və “Ekoloji mədəniyyət və turizm” ekoloji maarifləndirici məlumat kitabı nəşr edilib.