Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Nizami İli”nə töhfə olaraq ispan dilində İspaniyada nəşr etdirdiyi “Yeddi gözəl” kitabı bu ölkənin bir sıra kitabxanalarının fonduna daxil edilib.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi tanınmış ispan mütərcimi Karmen Linares, ön söz müəllifi görkəmli nizamişünas alim, mərhum Rüstəm Əliyev, redaktoru tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.