Ayda restoran tikiləcək
   
   Xəbər verdiyimiz kimi, Rusiyanın kosmik araşdırmalarla məşğul olan “Orbital texnologiyalar” şirkəti açıq kosmosda, yerdən 217 mil hündürlükdə hotel yaratmaq niyyətini bəyan edib. Şirkət iddia edir ki, kosmik hotel 2016-cı ildə açıla bilər. Hoteldə yeddi kosmik turist üçün otaqlar nəzərdə tutulub, onların illüminatorundan yerin bənzərsiz və cazibədar mənzərəsi görünəcək. Kosmik turistlər üçün uçuşun qiyməti 410 min dollar, hoteldə 2 günlük istirahət haqqı isə 165 min dollar olacaq.
   Bu arada Amerikanın “Domino’s Pizza” şəbəkəsi də maraqlı layihə təklif edib.
   Şəbəkənin Yaponiyadakı mərkəzi tarixdə ilk dəfə olaraq ayda restoran açmaq təklifini irəli sürüb. Lakin “Domino’s Pizza” kosmosda “fast food” satan ilk restoran olmayacaq. Belə ki, 2001-ci ildən “Pizza Hut” BKS (Beynəlxalq kosmik stansiya) astronotlara pizza çatdırılması ilə məşğuldur. “Maeda Corp” tikinti şirkəti artıq ayın səthində tikiləcək kürəşəkilli, betondan olan restoranın layihəsi üzərində işləyir.