London dünyanın qeyr-rəsmi paytaxtı və yer üzünün ən nüfuzlu meqapolisi elan olunub. Bunu “İnteleci layf” jurnalının son nömrəsində dərc edilmiş reytinq göstərir.
   Dünya paytaxtı 5 kateqoriya üzrə müəyyən edilmişdir: qüdrət, nüfuz, gəlir, zənginlik, təhsilin və mədəniyyətin səviyyəsi, qlobal əlaqələr. Siyahıda ikinci yeri Nyu-York tutur. Üçüncü yeri isə Tokio və Vaşinqton bölüşdürürlər. Sonrakı yerlərdə Şanxay, Mexiko, Pekin, Mumbay və Nyu-Dehli gəlir.