GUAM ölkələri Tokioda keçirilən JATA WTF 2011 Dünya Turizm Sərgisində müştərək stendlə təmsil olunublar. Bu təşəbbüs GUAM-Yaponiya layihəsi çərçivəsinə baş tutub. Sərgidə birliyə daxil olan Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanın turizm potensialı və müvafiq təkliflər nümayiş edilib, habelə yapon turizm şirkətləri ilə danışıqlar aparılıb.