Qazaxıstan Respublikası Prezident Arxivi, Əl-Fərabi adına Qazax Milli Universiteti və Rusiya Dövlət Humanitar Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin V Yay məktəbi təşkil edilib.

Hibrid formatda (onlayn və bilavasitə iştirak) keçirilən V Yay məktəbi “Rəqəmsal transformasiya mühitində milli arxiv qanunvericiliyi” mövzusuna həsr edilib.

Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Çin, Monqolustan və s. ölkələrdən 350-dən çox arxivçinin qatıldığı tədbirdə ölkəmizi Milli Arxiv İdarəsi İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva və Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Gültən Eminova təmsil edib.