İyunun 18-də Səməd Vurğunun Ev-Muzeyində  Vaqif Səmədoğlu adına Poeziya teatrının aktyoru, qiraətçi Kamran M.Yunisin iştirakı ilə “Bir axşam...” adlı şeir məclisi keçirilib.

Vaqif Səmədoğlu, Ramiz Rövşən və digər şairlərin şeirlərindən seçmələr səslənib. Pianoçu Fuad Əlizadənin müşayiəti ilə keçən poeziya axşamı iştirakçılara söz-sənət zövqü bəxş edib.