Azərbaycanda turizm sahəsi üzrə statistik məlumatların toplanması sistemi və metodologiyası təkmilləşdiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu məqsədlə noyabrın sonlarında xarici ekspertlərin ölkəmizə səfəri gözlənilir.
   Statistik məlumatların toplanılması sisteminin təkmilləşdirilməsi nəticəsində daha dəqiq hesablamaların aparılmasına nail olunacaq. Bunun üçün müəyyən ölkələrin təcrübəsindən istifadə ediləcək. Nazirlikdən bildirilib ki, Azərbaycanın turizm sahəsi üzrə statistikanın təkmilləşdirilməsi üçün hansı ölkənin təcrübəsinə önəm verəcəyi xarici ekspertlərin ölkəmizə səfəri zamanı müəyyən olunacaq. Hazırda isə Azərbaycan turizm sahəsi üzrə statistik məlumatların toplanmasını Dünya Turizm Təşkilatı, BMT-nin statistika bölməsinin tövsiyələrini nəzərə almaqla həyata keçirir.
   

   Fəxriyyə Abdullayeva