Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi Zəfərə həsr olunan ədəbi müsabiqə elan edib.

Müsabiqənin məqsədi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, böyük zəfərin bədiiləşdirilməsidir.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: roman, dram, mənzum hekayə.

Əsərlərdə 44 günlük Vətən müharibəsində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirə bilər.

Əsərlər daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. Əsərlər Azərbaycan dilində, bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur. Tarixi faktlar təhrif olunmamalıdır. Həcm məhdudiyyəti yoxdur.

Hər ədəbi janr üzrə bir qalib elan olunacaq. Mükafat fondu: roman janrı üzrə 10 000 min manat; dram janrı üzrə 5 000 manat; mənzum hekayə janrı üzrə 5 000 manat.

Qalib roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə ediləcək. Eyni zamanda nəşrin 300 nüsxəsi müəllifə hədiyyə ediləcək və hədiyyə nüsxələrin respublika üzrə satışı təşkil ediləcək.

Qalib dram əsərinin tamaşası hazırlanacaq və nümayiş etdiriləcək. Ən yaxşı mənzum hekayələr toplu şəklində çap olunacaq

Müsabiqə barədə ətraflı məlumat bu linkdə: https://culture.gov.az/az/umumi-xeberler/14469