Bakıdakı "Grand Hotel Europe" mehmanxanası mötəbər “World Travel Awards 2011” tərəfindən “Azerbaijan’s leading” hotel nominasiyasının laureatı olub. “World Travel Awards” tərəfindən Avropa regionunda müəyyən edilmiş qaliblər sırasına "The Ritz-Carlton", "Sheraton", "Marriott", "Crowne", "Kempinski", "Hilton", "İntercontinental" və s. beynəlxalq şəbəkələri təmsil edən hotellər daxildir.
   “Turizm sektorunun Oskarı” kimi qeyri-rəsmi ad almış “World Travel Awards” bütün dünyada tanınır.
   Qaliblər sırasında turizmə xidmət edən Lufthansa, London Heathrow, İsvecrədəki Sürix hava limanı, Avis, Sky Airlines və s. dünya şöhrətli qurumlar var. “World Travel Awards”ın tərəfdaşları sırasına BBC World News, CNBC Arabiya, National Geographic Travel və s. daxildir.
   
    Fəxriyyə Abdullayeva