İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamill Azərbaycan Milli Xalça Muzeyində olub.

Muzeyin direktoru Şirin Məlikova ilə görüş zamanı səfir İsveç və Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin daha da inkişaf edəcəyinə inandığını deyib. Bunun üçün birgə tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışılıb.

Diplomat Xalça Muzeyinə tekstil tarixçisi Viveka Hansenin “Textilia Linnaeana: XVIII əsrin qlobal tekstil ənənələri və ticarəti” kitabını hədiyyə edib.

Şirin Məlikova səfir Kristian Kamillə Azərbaycan mədəniyyətinə göstərdiyi marağa, muzeylə daim sıx əlaqədə olduğuna görə təşəkkürünü bildirib. Direktor hədiyyə edilən qiymətli kitabın muzeyin kitabxanasında öz layiqli yerini tutacağını deyib.