Bakı Şəhər Mədəniyyət Baş İdarəsində hər ayın ilk cümə axşamı günü vətəndaşların qəbulu keçirilir.

Baş İdarəsinin rəisi İbrahim Əliyev iyulun 7-də vətəndaşlarla görüşüb.

Baş İdarənin aidiyyəti sektorlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb,. Müraciətlərin qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan bəzi müraciətlər nəzarətə götürülüb.

Qəbulda ümumilikdə 19 nəfər vətəndaşın müraciətinə baxılıb.