Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Nazirlər Kabineti iyulun 8-də müvafiq qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı 261 nömrəli qərara əsasən, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na “Publik hüquqi şəxslər” bölməsi əlavə edilib və dövlət başçısının fərmanı ilə bu ilin aprelində yaradılan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi bu bölməyə daxil edilib.

Nazirlər Kabinetinin qərara dair izahında diqqətə çatdırılır ki, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik Kino Agentliyinin yaradılması haqqında Prezidentin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Nazirlər Kabinetinin qərarı burada: https://nk.gov.az/az/document/6244/