21-22 iyul tarixlərində Ankarada Meksika, İndoneziya, Koreya Respublikası (Cənubi Koreya), Türkiyə və Avstraliya (MİKTA) Film Günləri keçiriləcək.

Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda 2022-ci ildə MİKTA platformasında Türkiyənin dönəm başqanı olduğu diqqətə çatdırılır. MİKTA 2013-cü ildə qitələrarası məsləhət və koordinasiya platforması kimi yaradılıb.

Məlumatda bildirilir ki, Meksika, İndoneziya, Koreya Respublikası, Avstraliya və Türkiyə filmlərinin ən gözəl nümunələri “CerModern” incəsənət mərkəzində kinosevərlərə təqdim olunacaq. Film nümayişləri pulsuz keçiriləcək.

Tədbirə Cənubi Koreya istehsalı olan “Broker Trailer” (Sələmçi treyleri)  filminin nümayiş ilə start veriləcək. Eyni gündə Meksikanın “Museo” (Muzey) və Türkiyənin “Bizim çempion” filmləri də tamaşaçıya təqdim olunacaq.

İyulun 22-də İndoneziyanın “Sultan Augung” və Avstraliyanın “The Sapphires” (“Safirlər”) filmlər türk tamaşaçısının görüşünə gələcək.

Mehparə Sultanova
Ankara