Xəbər verdiyimiz kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə iyulun 7-dən ölkəmizdə ilk dəfə Milli Qurama Festivalı keçirilir.

Festival çərçivəsində daha bir tədbir avqustun 19-da Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən olan Şamaxıda gerçəkləşib.

Şamaxı Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri İcra Hakimiyyəti başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova açaraq iştirakçıları salamlayıb. O, qədim sənət növü olan quramanın yaşadılmasında və gələcək nəsillərə ötürülməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçıları qurama sənətinə həsr olunmuş sərgiyə baxış keçirib, ustad dərslərində iştirak ediblər.