Avqustun 20-də Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Niyazinin (1912-1984) anadan olmasının 110-cu ildönümü tamam olur.

Bu münasibətilə M.F.Axundzadə adına Azərbaycan Mili Kitabxanası “Maestro Niyazi” adlı virtual sərgi təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Niyazi haqqında rəsmi sənədlər, mükafatları, fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərginin linki: http://anl.az/el/vsb/Maestro_Niyazi/index.htm